Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.01.2022 11:08:36

İran ordusunun Ali Baş Komandan əvəzi sionist rejimin İranla qarşılaşmaq gücündə olmadığını söyləyib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi briqada generalı Məhəmməd Hüseyn Dadrəs ordunun zabitlik tələbələrinin andiçmə mərasimi və yeddinci birgə ilkin döyüş kurslarının başlanış mərasimində əlavə edib:"Sionist rejimin boş-boğazlığının səbəbi budur ki, onun bizimlə mübarizə aparmağa gücü çatmır və əgər nə vaxtsa  qəzəbimizə tuş qələrsə, ayağa qalxa bilməyəcək".

İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi qeyd edib ki, əgər dünyanın böyük dövlətləri İranla danışıqlar aparır, bu, milli birliyin və müdrik bir rəhbərin sayəsində əldə edilən İslam Respublikasının qüdrətinə görədir.

Briqada generalı Dadrəs müdrikliyi, dözümlülüyü və məsuliyyətdən yayınmamağı səmərəli bir döyüşçünün xüsusiyyətlərindən adlandıraraq, deyib: "Praktikada silahlı qüvvələrə kömək edə biləcək şey səbir, əzm və müdriklikdir, yəni sən qaydalara və məsələlərə məntiqlə yanaşa bilməlisən ki, səhnəni idarə edə biləsən". 

İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi həmçinin son illərdə regionda mövcud olan əmin-amansızlıqlara və problemlərə toxunaraq, deyib: "Qonşu ölkələrdəki bütün iğtişaşlar və hadisələrə baxmayaraq, İran tam təhlükəsizlikdədir".


İranlı general: "İsrail İranla qarşılaşmaq gücündə deyil"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ