İranın sabiq XİN rəhbəri hücuma uğramasının videosunu ilk dəfə yayımlayıb
İranın sabiq XİN rəhbəri Əli Əkbər Vilayəti BMT-də çıxışı zamanı hücuma uğramasının videosunu ilk dəfə yayımlayıb.
İslamazeri.com "mehr"ə istinadən xəbər verir ki, olay 1983-cü ildə baş verib.
Videoda bir nəfər Əli Əkbər Vilayəti kürsüdə çıxış edən zaman ora hücum edərək qarşısındakı qeyd dəftərini cıraraq qışqırır.
Binanın mühafizəçisi təxribatçını oradan çıxarırlar.
Hazırda İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin beynəlxalq işlər müşaviri olan Vilayəti, bu olayın videosunu ilk dəfə paylaşıb.
İranın Xarici İşlər nazirinə BMT-də edilən hücumun VİDEOsu yayıldı