ISA-nın peyk istehsalı üçün üç ssenaridən birini seçməsini gözlədikləri açıqlanıb.

İranın Əmr Kəbir Universitetinin rektoru dr. Əhməd Mötəmədi İran Kosmos Təşkilatının (ISA) peyk istehsalı üçün üç ssenaridən birini seçməsini gözlədiklərini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, universitetin yeni peyk layihəsi haqqında "Farsnews"-a açıqlama verən Mötəmədi hal-hazırda üç ssenarinin gündəmdə olduğunu və ISA-nın bu üç ssenaridən birinə qərar verməsini və ardınca dizayn və hazırlama işinə başlanmasını gözlədiklərini ifadə edib.
Mötəmədi üç ssenaridən birini "Pəyam" peykinin ikinci kopiyasını hazırlamaq, ikinci ssenarini də fərqli xüsusiyyətləri olan yeni bir peyk hazırlanmasını reallaşdırmaq və üçüncü ssenarini də fərqli modellərin qarışığından ibarət olan inkişaf etdirilmiş yeni bir peyk hazırlamaq şəklində bəyan edib.
İranın peyk istehsalında üç ssenari