EURO 1,9187 NEFT 66,36
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:06.07.2018 10:53:26

İranın OPEK-dəki təmsilçisi neftin qiyməti barədə proqnoz verib.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, İranın OPEK-dəki təmsilçisi Hüseyn Kazımpur Ərdəbili bəyan edib ki, ABŞ prezidenti Donald Trampın sözləri və hərəkətləri neftin 1 barelinin qiymətinin 100 dollar səviyyəsinə çatmasına səbəb ola bilər.

Əsassız yüksək neft qiymətlərinin səbəbkarı yalnız və yalnız sizsiniz. Qarşıda bizi 1 barel üçün 100 dollardan yuxarı qiymət gözləyir. Bundan isə dünyadakı bütün istehlakçılar əziyyət çəkəcək.”, - deyə Ərdəbili ABŞ prezidenti Donald Trampa səslənərək bildirib.

Ərdəbilinin sözlərinə görə, Tramp bilməli idi ki, İranın dünya bazarına çıxışını məhdudlaşdırsa, belə vəziyyət yarana bilər.

Xatırladaq ki, daha öncə ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin başçısı Braya Huk demişdi ki, İrana qarşı olan ABŞ sanksiyalarının məqsədi, İslam Respublikasının başqa ölkələrə neft sataraq qazanmasının qarşısını almaqdır.


İranın OPEK nümayəndəsi: Neftin 1 bareli 100 dolları keçə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stalinin qurutmaq istədiyi Xəzər dənizi haqqında - MARAQLI FAKTLAR
    Dünya coğrafiyasında heç bir okeanla əlaqəsi olmadığına görə Xəzəri göl adlandırırlar.
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ