Ciddə şəhəri sahillərinə yaxın Qırmızı Dənizdə İrana aid neft tankerində partlayış baş verib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəri sahillərinə yaxın Qırmızı Dənizdə İrana aid neft tankerində partlayış baş verib.
Məlumata görə, iki partlayış nəticəsində tankerdən dənizə sızıntı olub.
Hazırda partlayışın səbəbləri araşdırılır.
İlkin ehtimala görə, tanker raketlə hədəfə alınıb.
İRNA-nın məlumatına görə, İranın Tanker Firması İranın SABİTİ tankerindəki partlayışı raket hücumu ilə əlaqələndirib.
İranın neft tankeri raketlə vurulub, partlayış meydana gəlib