EURO 1,9876 NEFT 78,5
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:25.06.2018 14:35:39

Mahmud Şeyxhəsəni Azərbaycan ordusunun 100 illiyi ilə bağlı hərbi parada qatılacaq.

İranın müdafiə nazirinin müavini, general-mayor Mahmud Şeyxhəsəni bu gün Azərbaycana səfərə gəlib. Bu barədə Sputnik Azərbaycan-a İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Mahmud Şeyxhəsəni Azərbaycan ordusunun 100 illiyi ilə bağlı hərbi parada qatılacaq. Onun Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

Hərbi paradda, həmçinin bir sıra xarici ölkələrdən müdafiə sahəsində olan rəsmilər də iştirakı edəcək.

Qeyd edək ki, sabah Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün — 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.


İranın müdafiə nazirinin müavini hərbi parada görə Azərbaycana gəldi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD-ə dəstək verməyə davam edir
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD terror təşkilatına qarşı yardımlarını davam etdirir.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ