Baş katib 2018-ci ildə İranın İraqa 8 milyard 750 milyon dollarlıq ixracat reallaşdıraraq Türkiyəni keçməyi bacardığını ifadə edib.

İran İraq birgə Ticarət Otağı baş katibi Seyid Həmid Hüseyni İranın İraqa etdiyi ixracatın dəyərinin Türkiyənin bu ölkəyə etdiyi ixracatı keçdiyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, mövzu haqqında bir açıqlama verən Seyid Hamid Hüseyni İranın 2018-ci ildə İraqa ümumilikdə 8 milyard 750 milyon dollarlıq ixracat reallaşdırdığını və beləcə Türkiyəni geridə qoyduğunu ifadə edib.
Hüseyni 2017-ci ildə Türkiyənin İraqa 8 milyard 300 milyon dollarlıq ixracat etdiyini, lakin 2018-ci ildə bu rəqəmin 7 milyard 350 milyon dollara gerilədiyini qeyd edib.
Baş katib 2018-ci ildə İranın İraqa 8 milyard 750 milyon dollarlıq ixracat reallaşdıraraq Türkiyəni keçməyi bacardığını ifadə edib.
İranın İraqa ixracatı Türkiyəni keçib