EURO 1,9649 NEFT 80
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.01.2018 12:41:41

İranın Məşhəd şəhərində sosial tələblərlə bağlı keçirilən aksiyanın sonradan yönünün dəyişməsi və fitnələrə, iğtişaşlara yol açması və bir neçə gün sonra başa çatmasıyla bağlı İranın önəmli güc strukturlarının rəhbərləri maraqlı açıqlamalar veriblər

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli  iğtişaşlara əsas dəstək verən və planının CİA tərəfindən hazırlandığına etiraz olaraq deyib:  "Yalançılıq simvolu olaraq Azadlıq heykəlini qüllələrin üzərinə qoyan, lakin xalqların azadlığına mane olanlar sizlərsiniz. Dilənçilik, ehtiyac, hədə-qorxu və təcavüz əlini dünyanın müxtəlif bölgələrinə uzadanlar sizlərsiniz, xalqların qanlarını axıdırsınız, ölkələr və xalqların sərvətini qarət edirsiniz, deməli siz acsınız, siz azadlığın daha çox teşnəsisiniz." 

İranın daxili işlər naziri ABŞ-a: "Siz acsınız!"

 

İran İslam Respublikası ordusunun baş komandanı son fitnənin söndürülməsində, ayıq-sayıqlıq göstərən və iştirak edən xalqı, səbirli və güclü hüquq-mühafizə qüvvələri və bəsicləri alqışlayıb.

İran ordusu baş komandanı ordu generalı Seyid Əbdürrəhim Musəvi İranın hüquq-mühafizə qüvvələri komandanı general-mayor Hüseyn Əştəriyə ünvanladığı müraciətdə yazıb: "Böyük şeytan və sionist rejim boş təsəvvür etdikləri meydana qaraüzlü cinayətkar münafiqlərini göndərdilər. Belə ki, çatışmazlıqlardan sui-istifadə edərək İranın alqışalayiq təhlükəsizliyinə zərbə vursunlar. İran İslam Respublikası xalqı və güclü hüquq-mühafizə qüvvələrinin ayıq-sayıq iştirakı ilə düşmənlər uğursuzluqla üzləşdi. Belə ki, aldanmışlar üçün başqa bir qaraüzlülük, imperialist quruluşu üçün başqa bir məğlubiyyət, İslam İnqilabının tarixinə isə qızıl bir səhifə əlavə olundu."

 Seyid Əbdürrəhim Musəvi: Düşmənlər uğursuzluqla üzləşdi...

 

İranın baş prokuroru İrandakı son iğtişaşların əməliyyat palatasının detallarından danışıb. 

İranın baş prokuroru Höccətülislam vəlmüslimin Məhəmməd Cəfər Müntəziri cümə axşamı günü Tehranın cənubunda Qum şəhərində deyib: "İrandakı son iğtişaşlar planının əsas dizayneri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorizmlə mübarizə üzrə departamentinin sabiq rəsmisi Maykl Andreadır.

Əldə olunan məlumatlara əsasən, bu əməliyyat mərkəzi ötən illər ərzində apardığı araşdırmalarla İranda "bahalığa yox", "qəbzlərin ödənilməsinə yox", "əmlakını itirmiş və təqaüdçülərin" hərəkatı adı altında etiraz hərəkatları yaradıb. İslam quruluşunun düşmənləri dörd ilə yaxındır ki, islam quruluşu əleyhinə müxtəlif məkrli planları icra ediblər. Lakin bu planlar İslami İran xalqının quruluş və rəhbərliyə olan sevgisi ilə zərərsizləşib."

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bundan istifadə edən qüvvələr etirazların yönünü fitnə və iğtişaşlara yönləndirə biliblər. İğtişaşlarda ölən və yaralananlar olub.

İranın Baş Prokuroru: İğtişaşların dizayneri Maykl Andreadır


İranın Baş Prokuroru, DİN rəhbəri və Ordu komandanından uğursuz iğtişaşlar haqda açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan İngiltərəyə dolları silmək təklifi
    Rusiya Federasiyası ABŞ dollarına zərbə endirməyə davam edir.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ