EURO 1,9164 TRY 0,2892
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:03.06.2019 10:55:41

İranlı general Fars körfəzi və neftin qiymətləri arasındakı əlaqə barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələrinin Ali məsləhətçisi diviziya generalı Seyid Yəhya Rəhim Səfəvi bəyan edib ki, Fars körfəzindəki xarici dövlətlərə aid bütün döyüş gəmiləri İran ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) sahil roket kompleksləri üçün əlçatandır.

ABŞ-ın regionda 25 ədəd bazaya sahib olduğuna işarə edən general Səfəvi bildirib ki, “ABŞ çox gözəl bilir ki, onların Fars körfəzindəki bütün gəmiləri Sepahın gəmi əleyhinə raketləri üçün əlçatandır”.

Fars körfəzində atılacaq ilk raketdən sonra neftin qiymətlərinin 1 barel üçün 100 dollaradək sıçrayacağını deyən iranlı general qeyd edib ki, “100 dollarlıq qiymət ABŞ, Avropa və Ağ Evin digər müttəfiqləri üçün, xüsusilə də Yaponiya və Cənubi Koreya üçün dözülməz olacaq”.

Onun sözlərinə görə, ABŞ, İsrail və bir sıra ərəb rejimlərinin qüdrəti azalmağa doğru gedir və münaqişə baş verərsə, ABŞ əsla öz regional “əlaltılarının dadına çatmayacaq”.


İranın azərbaycanlı generalından ABŞ-a xəbərdarlıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir Avropa ölkəsində təxribat: Quran yerə atıldı, müsəlmanlar təhqir edildi
    Norveçdə müsəlmanlara qarşı təxribat törədilib.
     17.06.2019
    Netanyahunun arvadı cəzalandırıldı - SƏBƏB
    İsrail rejiminin Baş nazirinin arvadı cərimələnib.
     17.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ