XİN rəsmisi İran iqtisadiyyatının son illərdə terrorizmlə mübarizəyə baxmayaraq, daim 8 %-dən çox böyüdüyünü vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi amerikalı rəsmilərin iqtisadi terror və qeyri-qanuni sanksiyaları ilə İran xalqına qarşı psixoloji müharibə apardıqlarını vurğulayıb.
İslamazeri.com xəbər verir ki, Bəhram Qasımi ABŞ xarici işlər naziri Mayk Pompeonun İranın iqtisadi böyüməsinin bölgədəki hərbi varlığı və terrorla mübarizə səbəbilə gerilədiyi istiqamətindəki iddiasına verdiyi cavabda, bu cür açıqlamaların sırf saxtakarlıq formasında edilən böyük bir rüsvayçılıq olduğunu bildirib.
Qasımi regionda terrorizmlə mübarizə, sülhü, sabitliyi və ölkənin sərhədlərini qorumağın, Amerikanın bölgəyə dair siyasətini məğlubiyyətə uğradan İranın prinsipial siyasətləri olduğunu və onsuz da yeni bir siyasət də olmadığını qeyd edib.
XİN rəsmisi İran iqtisadiyyatının son illərdə terrorizmlə mübarizəyə baxmayaraq, daim 8 %-dən çox böyüdüyünü vurğulayıb.
İrandan Pompeonun iddialarına REAKSİYA