İran Hökumətinin mətbuat katibi Əli Rəbi həftəlik mətbuat konfransında İsrailin İraq və Livana qarşı hücumlarını şiddətlə qınadıqlarını açıqlayıb.

İran Hökumətinin mətbuat katibi Əli Rəbi həftəlik mətbuat konfransında İsrailin İraq və Livana qarşı hücumlarını şiddətlə qınadıqlarını açıqlayıb.
İsrailin İraqda "Həşd Şabi" mövqelərinə hücum etməsi və Livanın paytaxtı Beyruta da hərbi PUA-ları ilə müdaxilə etməsinə reaksiya göstərən Əli Rəbi bu əməliyyatları pisləyib.
Rəbi Livanın "Hizbullah" hərəkatının lideri Nəsrullahın İsrailə qarşı açıq və aydın mesajını dəstəklədiklərini, işğalçıların işi ən yuxarı həddə çatdıraraq açıq şəkildə İraqa hücum etdiklərini dilə gətirdiklərini qeyd edib. İsrailin İraqda "Həşd Şabi" bazalarına hücumlarını şiddətlə qınayan iranlı rəsmi əli qanlı rejimin bu cinayətlərinin hesabını vermək məcburiyyətində qalacağını vurğulayıb.
(eastnews)
İrandan İraq və Livana dəstək vurğusu