EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:28.02.2019 12:22:40

Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən İslamazeri.com-a verilən məlumata görə, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn 1979-cu il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub.

15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kq 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikası üzərindən Avropaya gedəcəyi müəyyən olunub.

Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvan Muxtar Respublikasına gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.


İrandan Azərbaycana 8 kq-dan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti bahalaşdı
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     02.06.2020
    Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ