EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.10.2019 11:43:30

İranda amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirdiyi iddia edilən Sahar Tabar adlı Instagram ulduzu həbs olunub

İslamazeri.com xəbər verir ki, İranda Instagram yolu ilə məşhurlaşan Sahar Tabar həbs olunub.

Tasnim xəbər agentliyinin məlumatına görə, Sahar Tabar "dini təhqir etmək", "əxlaqsızlıq təşviq etmək" və "İranda İslam geyim qaydasını təhqir etməkdə" ittiham olunur.

Agentliyin xəbərinə görə, paytaxt Tehranda bəzi insanlar Sahar Tabardan şikayət edərək onun sosial mediadakı üslubunu dinə, mədəniyyət və əxlaqa zidd olduğunu qeyd ediblər.

Bir müddət əvvəl 21 yaşlı Tabar əvvəllər Angelina Jolie-yə bənzəmək istədiyi iddialarını rədd edib və sosial media hesablarında olan şəkillərinin çoxunun "makiyaj və fotoşop" olduğunu qeyd edib.

Burnu və dodağında plastik əməliyyat keçirdiyini etiraf edən Tabarın  Instaqramda milyonlarla izləyicisi olub.

Həbs olunduqdan sonra Tabarın Instaqram hesabı bağlanıb.

 Qərb mediası Saharın amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirməsini xüsusi vurğulayırlar.


İranda Instagram yolu ilə məşhurlaşan Sahar Tabar niyə həbs olunub?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampın impiçment araşdırması davam edir
    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.
     20.11.2019
    Elçin Qasımov “Bandotdel”ə çağırılaraq ona Nardaran hadisələrilə bağlı xəbərdarlıq edilib
    Noyabrın 19-da Müsəlman Birliyi Hərəkatın sədr müavini Elçin Qasımov Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ