Güc strukturları qəsdən adam öldürmə ittihamı ilə təxirəsalınmaz əməliyyat keçirərək cinayətkarı həbs ediblər
İslamazeri.com-un İran mediasına istinadən xəbər verir ki, Fars əyalətinin Kazerun şəhərinin İmam Cüməsi Höccətülislam vəl muslimin Məhəmməd Hürsənd bıçaqla hücuma məruz qalıb.
Üçüncü əhya mərasimindən evinə dönərkən bıçaqlanan ilahiyyatçı ağır yaralı halda xəstəxanaya çatdırılsada, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Güc strukturları qəsdən adam öldürmə ittihamı ilə təxirəsalınmaz əməliyyat keçirərək cinayətkarı həbs ediblər.
Məlumata görə, sui-qəsd həyata keçirən 47 yaşlı Həmid Derəxşənd adlı şəxsdir, qatilin kimliyi və qətlinin səbəbi haqqında məlumat verilmir.
İranda İmam Cümə qətlə yetirildi, cinayətkar saatlar sonra tutuldu - VİDEO