EURO 1,9349 NEFT 56,5
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.09.2018 14:39:33

İranın cənubunda terror aktı törədilib.

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı “PressTV” yayıb.

***

12:54

İslamazeri.com-un "Press TV"-yə istinadən verdiyi xəbərə əsasən, İranın cənubdan yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib.

Naməlum şəxslər parad zamanı atəş açmağa başlayıblar. "Tasnim"in məlumatına görə, terror nəticəsində 10 nəfər dünyasını dəyişib. Ölənlərdən birinin jurnalist olduğu qeyd edilir. 21 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti kritikdir.

Təhlükəsizlik qüvvələri 2 terrorçunu məhv ediblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Əhvazdakı hücumu "xarici rejimlərin tutub, təlim verib, silahlandırıb maliyyələşdirdiyi" terrorçular törədib.

"Belə hücumların məsuliyyətini terrorçuların regional sponsorları və onların amerikalı təlimçiləri daşıyır", - deyə Zərif "Twitter"-də yazıb və əlavə edib ki, İran öz vətəndaşlarının müdafiəsi üçün "tez və qəti" cavab tədbirləri görəcək.

Qeyd edək ki, bu gün İranın müxtəlif şəhərlərində, o cümlədən də paytaxt Tehranda hərbi paradlar keçirilir. Bu paradlar müqəddəs müdafiəyə - 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinə ithaf edilib.

 


İranda hərbi paradda terror aktı: Çox sayda ölən və yaralanan var - FOTO-VİDEO - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DYP sürücülərə müraciət etdi
    Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
     19.12.2018
    Hərbi xidmətkeçmə qaydalarında dəyişiklik edildi
    “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” dəyişib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ