EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:26.02.2019 16:01:15

İrana casusluq edən İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri Qonen Seqevə 11 il həbs cəzası verildi

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İrana casusluq edən İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri  Qonen Seqevə 11 il cəza verilib. Məlumata görə, bu gün Yersusəlim (Qüds) rayon məhkəməsində sabiq nazirin işinə baxılıb. Hakim ona 11 il cəza verib.

Qeyd edilir ki, İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri  Qonen Seqev prokurorlarla razılığa gələrək istintaq əməkdaşlığı edib. Nəticədə prokurorlar ona qarşı irəli sürdükləri düşmənə yardım maddəsini ittihamnamədn çıxarıblar.

İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri  Qonen Seqev casusluq və düşmənə informasiya ötürmək ittihamlarını qəbul edərək, özünü təqsirli bilib.

Qeyd edək ki, İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri  Qonen Seqev ötən ilin may ayına həbs olunub.  Lakin bu xəbər İsrail mediasına qoyulan senzuranın süzgəcindən keçəndən sonra 18 İyunda yayılıb.  İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri  Qonen Seqev l xüsusi xidmət orqanları - ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) tərəfindənn ötən ilin may ayında həbs olunub. O düşmənə müharibə zamanı yardımda o cümlədən İsrail əleyhinə casusluq etdiyinə görə barəsində ağır cinayət maddələrilə iş açılıb.

 İlk dindirmələr zamanı Seqev İranla əlaqələri inkar etməyərək İsrail lehinə məlumatlar almaq istədiyini etiraf edib.

Qüds (Yerusəlim) prokurorluğu Sülh məhkəməsinə öz ittihamlarını təqdim edib və ittihamnamədə Seqevə düşmənə məlumat ötürmə və casusluq fəaliyyətinə görə, həbs-qətimkan tədbiri seçilib. İttihamnamə hüquq müşavirliyi və dövlət prokuroru tərəfindən təsdiqlənib.

"Seqev son zamanlar Nigeriyada, 2018-ci ilin may ayında Qvineyaya köçmək üçün cəhd edib. Ancaq ona keçmiş cinayət tarixçəsilə bağlı çıxışına icazə verilməyib. O İsrail polisinin xahişi ilə ölkəsinə ekstradisiya olunub. İsrailə gələn kimi o həbs olunub. ŞABAK və polis birlikdə istintaq-araşdrmalarına başlayıb və bu araşdırmalar zamanı ona qarşı şübhələr təsbit edilib və İran Kəşfiyyatı ilə əlaqələri aşkarlanıb", - ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti)2018-ci ilin iyun ayında  yaydığı məlumatda qeyd edilirdi.

ŞABAK həmçinin bildirir ki,  Seqev İran Kəşfiyyatına əməkdaşlığa cəlb edilib və agent kimi fəaliyyət göstərib.

 "2012-ci ildə Seqev Nigeriyadakı İran səfirliyinin əməkdaşları ilə əlaqə saxlayıb. O bir neçə dəfə Tehrana səfər edib və İran Kəşfiyyatının əməkdaşları ilə görüşüb. Görüşlər təkcə İranda deyil, başqa ölkələrdə otel və təhllükəsiz evlərdə də keçirilib. Ona məlumat ötürməsi üçün müxtəlif gizli avadanlıqlar verilib.", -  ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti) yaydığı məlumatının davamında deyilirdi.

ŞABAK-ın ittihamına görə,  Seqev İsrailin energetika sahəsindən, gizli obyektlər və təhlükəsizlik sistemi və s. mövzularda məlumatları İslam Respublikasına ötürüb.

 İttihamnaməyə görə, Seqev şəxsi imkanlarından istifadə edərək, İsrail vətəndaşlarını - dövlət orqanları və nazirlikləri, xüsusi xidmət orqanları ilə əlaqəsi olanları İran Kəşfiyyatının əməkdaşlarını biznesmen qələmə verərək tanış edib.

Xatırladaq ki,  2005-ci ildə Seqev narkotik tərkibli dərmanların İsrailə gətirilməsi zamanı həbs olunub və 5 il barəsində cəza kəsilib. Onunla birlikdə həbs olunan Moşe Verner adlı şəxs istintaq zamanı intihar edib və məhkəmə onun cəzasını yüngülləşdirərək həbs müddətini 1 ilə salıb və barəsində 50 min şekel (24000 AZN) pul cəzası kəsilmişdi.

Qonen Seqev 1956-cı ildə Kiryat-Moskində dünyaya gəlib. İsrailin Hərbi Hava Qüvvələrində hərbi xidmət keçib, kapitan rütbəsinə qədər yüksəlib. Daha sonra Tibb üzrə ali təhsil alıb və siyasətə təsadüfən gələrək parlament seçkilərində namizədliyini irəli sürüb və Somet partiyasından seçilib. Sonradan partiyadan ayrıldıqdan sonra Yud fraksiyasına qoşulub və qalib gəldikdən sonra nazir seçilib. Seqevin bu əməli o vaxt "satqınlıq" adlandırılıb.


İrana casusluq edən İsrailin sabiq nazirinə 11 il həbs cəzası verildi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ