Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.11.2021 11:22:47

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşü zamanı İran XİN başçısı Hüseyin Əmir Abdollahian Azərbaycan torpaqlarının yenidən qurulması işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

İslamazeri.com” xəbər verir ki, Hüseyin Əmir Abdollahiyan Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdollahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Kommissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.

İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, entail, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


İran XİN rəhbəri: "Qarabağın bərpa işlərində iştirak etməyə hazırıq"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ