Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.11.2021 12:08:55

İranın Xarici İşlər nazirliyinin sözçüsü Səid Xətibzadə Hüseyn Əmir Abdullahiyanın "Fələstin" paylaşımının silinməsini qərb ölkələrinin Fələstinə dəstəyin cinayət sayılması üçün atdıqları addımın nəticəsi adlandırıb.

İslamazeri.com-un Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın "Fələstin" paylaşımını silən İnstaqram sosial şəbəkəsinə münasibət bildirib.  

"Qərb ölkələrinin "terror siyahısı"nı müəyyən etməsi Fələstin məsələsinə dəstəyin cinayət sayılması üçün vasitəyə çevrilib", - deyə Xətibzadə bildirib.  

"Bu qondarma siyahılar təkcə İsrailin aparteid rejiminə müqavimət göstərən qrupları hədəf seçmir, əslində əsas hədəf bu ölkələrin (Qərb ölkələri) vətəndaş cəmiyyətidir”, - deyə Xətibzadə qeyd edib.   İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sosial media hesabından etdiyi paylaşımda Böyük Britaniyanın Fələstin İslami Müqavimət Hərəkatını (HƏMAS) terror təşkilatı elan etmə qərarını pisləyərək, "Faktları təhrif etməklə Fələstin xalqının hüquqları pozula bilməz. Fələstin üçün yeganə siyasi həll yolu həqiqi Fələstin əhalisinin (müsəlman, yəhudi, xristian) iştirakı ilə referendum keçirməkdir", - deyə qeyd etmişdi.  

Xatırladaq ki, noyabrın 19-da Britaniyanın Daxili İşlər naziri Priti Patel HƏMAS-ın terror təşkilatı elan ediləcəyini və məsələnin parlamentə çıxarılacağını açıqlamışdı.


İran XİN başçısının Fələstinlə bağlı paylaşımı "Instagram" tərəfindən silinib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ