EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 12:39:19

Zərif Səudiyyə rejimi və müttəfiqləri tərəfindən Yəmənə tətbiq edilən embarqodan dolayı bu ölkənin xalqının çətinliklərinin daha da artdığını bildirərək, beynəlxalq təşkilatlardan Yəmən əleyhinə yönəlmiş bu səfeh müharibəyə və Yəməndəki böhrana son qoyulması üçün səy göstərmələrini istəyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibi Antonio Quterreşə yazdığı məktubda, Səudiyyə rejiminin Yəmənə təcavüzü və mühasirəsinə görə Yəmənin dəhşətli və çətin vəziyyətdə olduğuna diqqəti çəkiv.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Cavad Zərif məktubunda Yəmənə qarşı davam edən 30 aylıq hücumların nəticəsinin, başda qadın və uşaqlar olmaqla minlərlə insanın can verməsi, bu ölkənin infrastrukturunun böyük miqyasda viran edilməsi və xəstəxana, məktəb, küçə, elektrik stansiyaları kimi xidmət məntəqələrinin dağıdılması və Yəmən xalqının adi tələbat maddələrinə olan ehtiyaclarının qarşısının alınması olduğunu bildirib.

Zərif Səudiyyə rejimi və müttəfiqləri tərəfindən Yəmənə tətbiq edilən embarqodan dolayı bu ölkənin xalqının çətinliklərinin daha da artdığını bildirərək, beynəlxalq təşkilatlardan Yəmən əleyhinə yönəlmiş bu səfeh müharibəyə və Yəməndəki böhrana son qoyulması üçün səy göstərmələrini istəyib.

İran xarici işlər naziri İran İslam Respublikası olaraq hər zaman Yəmən böhranının ancaq siyasi yolla həll olunacağını bildirdiklərini qeyd edərək, bu istiqamətdə bütün qrupların və partiyaların yer alacağı milli uzlaşma hökumətinin yaradılması, xarici ölkələrin Yəmənin daxili işlərinə müdaxilə etməmələri lazım olduğunu bildirib.

Səudiyyə rejimi Yəmənin fərari prezidenti Mənsur Hadini yenidən hakimiyyətə gətirmək üçün mart 2015-dən bu yana Yəmənə qarşı hücumlarını davam etdirir, digər tərəfdən də, bu ölkəyə havadan, qurudan və dənizdən embarqo tətbiq edir.


İran xarici işlər nazirindən BMT Baş katibinə Yəmən mövzusunda məktub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ