EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.05.2019 14:50:42

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub

İslamazeri.com xəbər verir ki, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub.

Bu barədə Trend Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.

Məlumata əsasən, soğan satışında İranın cənubunda yerləşən Xuzistan vilayəti təsərrüfatçılarının problemlərini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun miqdarının artıq olduğu təsdiqlənib.

İranın sənaye, mədən və ticarət naziri bunu əsas götürərək soğanın ixrac edilməsi ilə bağlı gömrük orqanlarına göstəriş verib və bu gecədən soğan ixracına qadağa ləğv olunur.

Xatırladaq ki, İranda yerli bazarı tənzimləmək məqsədilə 4 aprel tarixindən soğanın ixracı İranın sənaye, mədən və ticarət nazirinin göstərişi ilə qadağan olunmuşdu.

Qeyd edək ki, İranın bu qadağasından sonra qonşusu olduğu ölkələrdə soğanın qiymətində kəskin bahalaşma baş vermişdi.


İran soğan ixracına qadağanı ləğv etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb
    İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub
     27.06.2019
    Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusarda yerləşən məqbərəsi ziyarət edilib
    Bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib.
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ