Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.11.2021 13:53:22

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi ABŞ və onun müttəfiqlərinin İranın bu tərəqqisinə görə narahatlıq keçirdiyini bildirib.

İslamazeri.com RT-a istinadən xəbər verir ki, İran nüvə silahı yaratmaq imkanına “olduqca yaxındır”.

Bu fikirləri ABŞ Silahlı Qüvvələrinin (SQ) Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi səsləndirib.

“Time” jurnalı yazır ki, MAQATE-nin məlumatlarına əsasən, İran öz nüvə proqramında “həmişəkindən də çox irəliləyib”.

Makkenzi hesab edir ki, rəsmi Tehran real döyüş başlığı istehsalını inkişaf etdirməklə bağlı hələ qərar qəbul etməyib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri İranın bu tərəqqisinə görə narahatlıq keçirir.

“Bu dəfə onlar olduqca yaxındırlar. Düşünürəm ki, (bu sahədə) irəliləyiş ideyası onların xoşuna gəlir”, - deyə o qeyd edib.


"İran öz nüvə proqramında həmişəkindən də çox irəliləyib" - ABŞ MƏTBUATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ