İranın müdafiə naziri general Əmir Xatəmi parlamentin mətbuata qapalı iclasında İranın raket sənayesi və müdafiə gücü haqqında məlumat verib.

İranın müdafiə naziri general Əmir Xatəmi parlamentin mətbuata qapalı iclasında İranın raket sənayesi və müdafiə gücü haqqında məlumat verib.
İslamazeri.com xəbər verir ki, general Xatəmi iclasda İranın müdafiə sənayesinin son illərdə böyük irəliləyiş əldə etdiyini və ehtiyac duyulan silah və hərbi təchizatda özünə kifayət edən hala gəldiyini bildirib.
Raket gücünə də işarə edən general İranın regiondakı digər ölkələrə nisbətən raket texnologiyalarında on il öndə olduğunu, İran başda raket olmaqla silah idxalına ehtiyacı qalmadığını vurğulayıb.
İran müdafiə naziri: Raket texnologiyasında regiondakı ölkələrdən on il öndəyik