1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.04.2019 21:07:36

“İran bu yolda çox böyük xərclər çəkib”

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran və Fələstin parlamentlərinin dostluq qrupunun sədri Əmir Xocəstə deyib ki, “İran müqəddəs Qüdsü və Fələstinin məzlum xalqını hərtərəfli dəstəkləyir”.

Dəməşqə gələrək bazar günü Fələstin qrupunun rəsmiləri ilə görüş keçirmiş Xocəstə İranın Fələstin xalqı və müqavimət cəbhəsi ilə bağlı mövqeyini vurğulayaraq bildirib ki, “İran bu yolda çox böyük xərclər çəkib”.

“ABŞ və onun müttəfiqləri çıxılmaz vəziyyətə düşüblər və dünya onları yeni planlarında da ard-arda iflasa uğradıqlarının şahidi olur”, - deyə o qeyd edib.

O, ABŞ-ın İsrail-Fələstin münaqişəsi ilə bağlı hazırladığı “əsrin müqaviləsini” bu cür iflaslara nümunə olaraq göstərib.

Fələstin qrupunun rəsmiləri isə dəstək və yardıma görə İrana təşəkkür edərək bəyan ediblər ki, “İran hər zaman səmimi şəkildə Fələstini dəstəkləyib”.

“Ərəb dövlətlərinin heç bir dəstək vermədiyi dövrdə, İranın Fələstin xalqına etdiyi yardım tarixə həkk olunub”, - deyə fələstinli rəsmilər qeyd ediblər.


İran: Məzlum Fələstin xalqına hərtərəfli dəstək veririk

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ