EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:10.07.2019 12:02:57

İngiltərənin "Britiş Petrolium" neft şirkətinin bir ədəd supertankeri Hörmüz boğazına girməkdən imtina edərək, Ərəbistan sahillərində lövbər salıb

Qərb mənbələri xəbər veriblər ki, İngiltərənin "Britiş Petrolium" neft şirkətinin bir ədəd supertankeri Hörmüz boğazına girməkdən imtina edərək, Ərəbistan sahillərində lövbər salıb. İslamazeri.com İran mediasına istinadən xəbər verir. Xəbərə görə, bu tanker İran tərəfindən müsadirə olunmaq qorxusundan Fars Körfəzində dayanıb və Hörmüz boğazına yaxınlaşmqdan imtina edir.

İngiltərənin dəniz piyadaları ötən həftə beynəlxalq qanunlara zidd gedib, Amerikanın maraqlarına xidmət edərək, İran neftini daşıyan bir ədəd tankeri Cəbəlüttariqdə dayandırıb.

İngiltərənin "Britiş Petrolium" neft şirkətinin supertankerinin adı "Britiş Heritic"dir və bir milyon barreldən çox neftdaşıma qabiliyyətinə malikdir.

İraqın Bəsrə limanına tərəf hərəkətdə olan bu tanker iki gün bundan öncə qəflətən istiqamətini dəyişərək, Ərəbistan sahillərində lövbər saldı.

Qeyd edilir ki,  "Britiş Petrolium" ondan nigarandır ki, İran neftini daşıyan tankerin Cəbəlüttariqdə müsadirə olunmasına görə, "Britiş Heritic" tankeri də İran tərəfindən müsadirə oluna bilər.

İngiltərənin dəniz qüvvələri iyulun 4-də qanunsuz bir hərəkətdə və Amerikanın istəyi ilə İran neftini daşıyan bir ədəd tankeri Cəbəlüttariqdə müsadirə edib. Bu dəniz quldurluğunun ardınca İranın Müdafiə Nazirliyi bildirdi ki, bu hərəkət cavabsız qalmayacaqdır.


İran KİV: İngiltərə gəmisi İranın müsadirəsindən ehtiyat etdi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019
    Gürcüstan etirazlarında müxalifətçilər həbs edildi
    Noyabrın 21-də axşamadək Tbilisi Şəhər Məhkəməsi daha 25 etirazçı ilə bağlı qərar verməlidir.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ