EURO 1,9069 TRY 0,3002
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.07.2019 11:01:29

İran prezidenti saxlanılmış İran tankeri barədə danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Cəbəli-Tariq boğazında İrana neftini daşıyan tankeri saxlaması barədə danışarkən Londonu bu cür təhlükəli hərəkətlərin aqibəti barədə xəbərdarlıq edib. O, Böyük Britaniyanı Cəbəli-Tariqin işğalında ittiham edib.

“İngilislər yolverilməz bir tərzdə bu gəmini İspaniyanın məhəlli sularında saxlayıblar. Onlar bu ərazidə və Cəbəli-Tariq boğazında işğalçıdırlar, çünki həmin ərazi İspaniyaya məxsusdur”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya tərəfindən sözügedən tankerin saxlanılması səhv addımdır.

“Dünya səviyyəsində hər kəs dəniz marşrutlarının tam təhlükəsizliyini təmin etməyə çalışmalıdır. İngilisləri isə mən xəbərdar edirəm ki, siz (bu hərəkətlərin) aqibətini anlayacaqsınız”, - deyə o əlavə edib və bildirib ki, Böyük Britaniya bu hərəkətləri ilə təhlükəsizliyi təhlükə altına atır.


İran İngiltərəni “işğalçı” adlandırdı: Sizə xəbərdarlıq edirik ki!..

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident fərman verdi, bank isə evi ələ keçirir - FOTOFAKT
    Bu barədə problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib.
     22.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ