EURO 1,9371 TRY 0,2476
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.11.2019 16:05:19

İranda benzin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.

İranda benzin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:

"Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”.

İran hökumətinin rəsmisi deyib ki, etirazlar zamanı həmin şəxslər tərəfindən dəfələrlə odlu və soyuq silahlardan istifadə olunub.

Rəbii bildirib ki, İran dövləti etiraz haqqını İran xalqının haqqı hesab edir, amma xalqla iğtişaşçılar arasında fərq vardır.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə, bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.


İran hökumətinin sözçüsü: İğtişaşlar 80 faiz səngiyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generallarımızın əsgərlərlə bir yerdə döyüşməsi Ordumuzun gücünü göstərir
    Bunu QMİ-nin səlahiyyətli nümayəndəsi, Professor Dr.Hacı Surxay Məmmədli bildirib.
     15.07.2020
    Özgündüz: Bütün varlığımızla Azərbaycanımızın yanındayıq!
    Türkiyə Cəfəriləri (şiələri) lideri Səlahəddin Özgündüz açıqlama verib
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ