EURO 1,919 NEFT 66,13
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:03.07.2018 09:25:10

İranın Neft Nazirliyi gündəlik neft-qaz ixracı ilə bağlı açıqlama yayıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının Neft Nazirliyi gündəlik neft-qaz ixracı ilə bağlı açıqlama yayıb. Aqıqlamaya görə, İran İslam Respublikası iyun ayında gündəlik 2 milyon 610 min barel xam neft və maye qaz ixrac edib.

İRNA-nın verdiyi məlumata görə, cari il 20 martdan indiyədək İran neftinin qiyməti hər barel üçün orta hesabla 66 dollar təşkil edib.

İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobəxt  son günlər 20 mart-20 iyun  arasında İranın neft gəlirlərinin ötən il oxşar dövr ilə müqayisədə 59.8 faiz artdığını bildirmişdi. 

Ötən il İran gündəlik 2 milyon 130 min barel neft ixrac edirdi, bu neftin 62 faizi Asiya ölkələri 38 faizi isə Avropaya ixrac olunub. 

İran neftinin əsas müştəriləri Çin və Hindistandan ibarətdir, Türkiyə və İtaliya da İran neftinin Avropa müştəriləri sırasında dururlar. 


İran gündəlik 2 milyon 610 min barel xam neft və maye qaz ixrac edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Siqnalizasiya sistemi niyə işləməyib? - “Karvan”dakı yanğının təfərrüatı - FOTO
    Səhər saatlarında mətbuatda Sumqayıt şəhərinin mərkəzində yerləşən “Karvan” Ticarət Mərkəzindəki yanğın barədə məlumat yayılıb.
     14.11.2018
    “Şəhid adından manipulyasiya etmək düzgün deyil” - Nazir
    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ