SEPAH komandanı ölkədəki hadisələr barədə bəyanat verib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Muhəmməd Əli Cəfəri bəyan edib ki, ölkədə baş qaldırmış "2017-ci ilin fitnəsi" iğtişaşçılar üçün uğursuzluqla sona çatıb.
"2017-ci ilin fitnəsinin iflasa uğradığını elan edirəm. Etirazçıların sayı az idi və bütün İran ərazisində onların sayı 15 mini keçməmişdi.", - deyə o bildirib.
SEPAH komandanı həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD terrorçularına İran ərazisinə soxulmaq əmrini verməkdə ittiham edib.
"Bu 3 ölkə İŞİD-ə dağıdıcı fəaliyyət görmələri üçün İran ərazisinə soxulmağa dair əmr verib.", - deyə o qeyd edib.
İran: Fitnəçilər məğlubiyyətə uğradı!