EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:06.03.2019 09:14:20

İranın energetika naziri deyib ki, İranın elektrik şəbəkəsi Azərbaycan Respublikası vasitəsilə Rusiyaya qoşulacaq.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın energetika naziri deyib ki, İranın elektrik şəbəkəsi Azərbaycan Respublikası vasitəsilə Rusiyaya qoşulacaq.

İranın energetika naziri Reza Ərdəkanian dünən Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə bu haqda açıqlama verib. Onun sözlərinə görə, ölkənin təmiz enerjilərdən istifadə sahəsində əməkdaşlıq zəminləri mövcuddur.

"Hazırda İran ilə Azərbaycan Respublikası arasında enerji mübadiləsi müqaviləsi bərqərardır və iki ölkə su və işıq sahələrində yaxşı həmkarlığa malikdir.", -deyə nazir əlavə edib.

Şahin Mustafayev də iki ölkə həmkarlıqlarının qədim tarixinə toxunaraq deyib: "İki ölkənin məşvərətlərində daim İran-Azərbaycan Respublikası-Rusiya, İran-Azərbaycan Respublikası-Gürcüstan və İran-Azərbaycan Respublikası-Türkiyə kimi üçtərəfli əməkdaşlıqlar haqda fikir mübadilələri aparılır."

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Ərdəkanianla görüşdən öncə İranın iqtisadi və maliyyə məsələləri naziri ilə görüşərək, onunla şimal-cənub dəhlizinin təkmilləşdirilməsi xüsusiyyət təşkil etməklə iqtisadi əməkdaşlıqların genişləndirilməsi ətrafında danışıblar.


İran elektrik şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyaya qoşacaq - Nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkmənistan prezidentinin ölüm xəbəri yalan çıxdı
    “Rus atalar sözünə görə, bundan sonra o, 100% çox yaşayacaq”
     22.07.2019
    Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur
    İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ