İran istehsalı olan iki ədəd "Qədir" adlı sualtı gəmilərini suya endirmə mərasimi İranın "Jask" liman şəhərində Donanma İkinci Bölgə Komandanlığında keçirilib.

İran istehsalı olan iki ədəd "Qədir" adlı sualtı gəmilərini suya endirmə mərasimi İranın "Jask" liman şəhərində Donanma İkinci Bölgə Komandanlığında keçirilib.
İslamazeri.com xəbər verir ki, mərasimdə İran Dəniz Qüvvələri Komandanı Admiral Hüseyn Hanzadi də iştirak edib.
Admiral Hüseyn Hanzadinin iştirak etdiyi mərasimdə iki ədəd "Qədir" adlı sualtı gəmiləri donanma inventarına əlavə edilib.
Mərasimdə çıxış edən Admiral Hanzadi Dəniz Qüvvələrinin xalqın dənizlərdəki hakimiyyətini göstərdiyini, düşmənlərin də İran İslam Respublikasının dənizlərdəki maraqlarına əl uzatmağa cəhd etdikləri təqdirdə İran övladları onların payını dənizlərdə də verməyə hazır olduqlarını bilmələri lazım olduğunu qeyd edib.
İran Dəniz Qüvvələrinə iki “Qədir” adlı sualtı gəmi əlavə edilib