1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:16.07.2019 13:53:51

İran XİN başçısı müsahibə verib.

İslamazeri.com-un NBC-ə istinadən verdiyi xəbərə əsasən, İran uranın zənginləşdirilməsi ilə bağlı qərarını “bir neçə saat içərisində” yenidən gözdən keçirə bilər.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Bu, bir neçə saat ərzində yenidən gözdən keçirilə bilər”, - deyə o qeyd edib.

“İran odla oynadığına görə qorxmurmu?” sualına cavab verən iranlı nazir etiraz edərək bildirib ki, “sazişdən çıxaraq odla oynayan ABŞ-dır”.

“Bizim razılığımız var idi. Orada tərəflərdən birinin onun pozacağı halda görüləcək tədbirlər var idi... Biz rahat şəkildə (sazişin) qismən yerinə yetirilməsini dayandıra bilərik”, - deyə o əlavə edib.

“Biz nüvə silahı hazırlamayacağıq. Əgər nüvə silahı düzəltmək istəsəydik, biz bunu edərdik”, - deyə o bildirib.

Onun sözlərinə görə, İran ABŞ-ın “saziş yenidən gözdən keçirilməlidir” tələblərini yerinə yetirmək istəmir.

“Əgər qanunsuz tələblər qarşısında geri çəkilməyə başlasaq, bunun sonu olmayacaq”, - deyə o, vurğulayıb.

“Nəyə görə ABŞ prezidenti Donald Tramp vurulmuş PUA-ya cavab olaraq İrana zərbə endirmək qərarı qəbul etdi, amma sonra fikrindən daşındı?” sualını isə Zərif belə cavablandırıb: “Belə başa düşürəm ki, ağıl üstün gəldi. İnsanlar bu nəticəyə gəldilər ki, bu, məhdud əməliyyat olmayacaq”.


İran: ABŞ odla oynayır! Əgər istəsəydik...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...
    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.
     21.11.2019
    Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?
    Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ