1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:20.06.2019 23:22:08

İran ABŞ-ın 120 milyonluq PUA-sının vurulma anının VİDEOsunu yayıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bir ədəd Amerika casusluq pilotsuzunun İranın ölkə ərazisinin hava sahəsinin pozmasından sonra vurulmasıyla bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsi bu pilotsuzun hədəfə alınmasının təfərrüatlarını yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsinin bəyanatında deyilir: "Amerikanın "Qlobal Hauk" tipli casusluq pilotsuzu bu gün səhər yerli vaxtla saat 00:14 dəqiqədə məlum koordinatlarla ABŞ qüvvələrinin Fars Körfəzinin cənubunda yerləşən bazasından havaya qalxıb və aviasiya qanunlarına zidd olaraq, özünü təqdimetmə üzrə bütün təchizatları söndürür və son dərəcə gizliliklə Hörmüz boğazından İranın cənub-şərqində yerləşən Çabəhara doğru hərəkətini davam etdirir."

"Amerika pilotsuzu Hörmüz boğazı hüdudlarında yerləşən məntəqənin qərbinə tərəf geri dönərkən İran İslam Respublikasının ölkə ərazisinə soxularaq, informasiya toplamaq və casusluq etməklə məşğul  olur ki, sübh saat 04:05 dəqiqədə təcavüzkar təyyarə İranın ölkə ərazisinə daxil olduğu bir halda, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin zenit raket sistemi ilə vurularaq, yerə salınır.", -deyə açıqlamada qeyd edilir.

Əldə olunan məlumatlara görə, "Qlobal Hauk" tipli casusluq pilotsuzunun qiyməti 200 milyon dollardan yuxarıdır. RQ4C tipindən olan bu pilotsuz uçan aparat dünyanın ən modern casusluq təyyarələrindən sayılır. ABŞ tərəfi pilotsuzun 120 milyon dollar qiyməti olduğunu bildirmişdi.


İran ABŞ-ın 120 milyonluq PUA-sının vurulma anının VİDEOsunu yaydı - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ