1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.08.2019 15:16:19

"“ABŞ ötən il bölgəyə 50 milyard dollarlıq silah satıb"

İslamazeri.com-un “Press TV”-yə istinadən verdiyi xəbərə əsasən, İran XİN başçısı Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ-ın silah ticarəti Fars körfəzi regionunu hər an partlaya biləcək barıt çəlləyinə çevirib.

“ABŞ ötən il bölgəyə 50 milyard dollarlıq silah satıb. (Bölgə) əhali(si)nin 33 faizindən azının yaşadığı bəzi region ölkələri hərbi alışlara 87 milyard dollar xərcləyirlər”, - deyə o qeyd edib.

“Gəlin müqayisə edək: ötən il İran özünün ordusuna 16 milyard dollar sərf edib. Nəzərinizə çatdırım ki, İran ordusu təxminən 1 milyon hərbçidən ibarətdir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, BƏƏ 22 milyard dollar, Səudiyyə Ərəbistanı isə 87 milyard dollar xərcləyib.

“Əgər siz regionun səbəb olduğu təhlükədən danışırsınızsa, (bilin ki,) həmin təhlükənin mənbəyi ABŞ və onun müttəfiqləridir; onlar regionu silahla doldururlar ki, bu da buranın partlamasına səbəb ola bilər”, - deyə o bildirib.


İran: ABŞ bölgəni barıt çəlləyinə çevirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ