1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:23.04.2019 21:24:26

İran XİN başçısı ABŞ-ın son qərarını şərh edib.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın İran neftinin alışı ilə bağlı bir sıra ölkələrə verdiyi möhləti ləğv etməsi Ağ Evin İrana təzyiq məsələsindəki gücsüzlüyünün göstəricisidir.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

O, ABŞ-ın hərəkətlərini “iqtisadi terrorçuluq” adlandırıb.

“İrana qarşı iqtisadi terrorçuluq hallarının artması ABŞ-ın və onların regiondakı müttəfiqlərinin xroniki gücsüzlüyünün göstəricisidir. Cənab Tramp! Qədim İran mədəniyyətinin varisləri öz strategiyalarını formalaşdıran zaman digər ölkələrin məsləhətlərinə ehtiyac duymur, o cümlədən də ABŞ-ın məsləhətlərinə...”, - deyə o bildirib.

Xatırladaq ki, ABŞ-ın İran neftinin alışı ilə bağlı sanksiyaların bərpa edildiyini elan edib.

“ABŞ prezidenti Donald Trampın bu qərarı İran neftinin ixracını 0-a endirərək, İranı əsas gəlir mənbəyindən məhrum etmə məqsədi daşıyır”, - deyə Ağ Evdən bildiriblər.


İran: ABŞ bizim qarşımızda aciz olduğunu sübut etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ