EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.09.2017 10:50:20

" İordaniya dövlətinin ümdə vəzifəsi öz sərhədlərini qorumaqdır."

İordaniya kralı II Abdullah Suriya ilə sərhəd bölgələrin təhlükəsizliyilə bağlı ciddi narahatlıq keçirdiyini bəyan edib.

İslamazeri.com "Associated Press"-ə istinadən xəbər verir ki, Kral Abdullah Suriya ilə sərhədlərin yalnız təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən sonra açıla biləcəyini vurğulayıb.

Dünən ölkənin rəsmi mediasına müsahibə verən Kral qeyd edib ki, İŞİD-ə qarşı Suriyada həyata keçirilən ardıcıl əməliyyatlar terrorçu qrupu İordaniya sərhədlərinə doğru sıxışdıra bilər və İordaniya dövlətinin ümdə vəzifəsi öz sərhədlərini qorumaqdır. O, həmçinin diqqətə çatdırıb ki, iyul ayında İordaniya, Rusiya və ABŞ tərəfindən Suriyanın cənub-qərb bölgələrində yaradılmış atəşkəs şəraiti bu ölkənin digər regionlarını da əhatə edə bilər.

Bildirək ki, rəsmi Moskva Suriyanın bir çox bölgələrində oxşar de-eskalasiya zonalarının yaradılmasını təklif edir. Bu günlərdə İordaniya kralı ilə görüşmüş Rusiyanın XİN rəhbəri Sergey Lavrov onunla Suriyanın cənubunda yeni de-eskalasiya zonasının yaradılması məsələsini müzakirə edib.


İordaniya kralı Suriya ilə sərhədlərin açılması üçün əsas şərtini açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ