EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:03.11.2019 15:50:30

Moskvada İnquşetiyadakı ekstremizm əleyhinə mübarizə mərkəzinin rəhbəri İbrahim Elcharkiyev öldürülüb

islamazeri.com "BBC"yə istinadən xəbər verir ki, şənbə günü axşam Moskvada İnquşetiyadakı ekstremizm əleyhinə mübarizə mərkəzinin rəhbəri İbrahim Elcharkiyev və onun qardaşı öldürülüb. İngiltərədə Rusiya İstintaq Komitəsi (İK) bu cinayətin açılması işində ciddi irəliləyişə nail olunduğunu bildirib.

Hücum Akademik Anoxin küçəsində naməlum şəxs tərəfindən edilib - o, azı 10 dəfə atəş açıb.

"Artıq istintaqın ilk saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri bu cinayətin açılmasında ciddi irəliləyiş əldə ediblər: baş verənlərin prioritet versiyaları müəyyənləşdirilib, cinayətin törədilməsində əli olan ehtimal edilən şəxslər müəyyənləşdirilir", - İK nümayəndəsi Svetlana Petrenko bazar günü bildirib.

Daha əvvəl məlum olub ki, qətl yerində 9 mm çaplı patron gilizləri aşkar edilib.

Avtomobildə hadisə yerini tərk edib gizlənən şübhəli şəxs axtarışa verilib.

"Qatil piyada gəlib həyətdən keçərək, qurbanlara tərəf bir neçə dəfə atəş açıb, sonra isə yaxından onları başından güllə ilə vurub", - TASS agentliyi Rusiya hüquq-mühafizə orqanlarında bir mənbəyə istinadən bildirib.


İnquşetiyanın ekstremizmə qarşı mərkəzinin rəhbəri Moskvada belə öldürüldü - VIDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020
    Trampın bəyanatları faşist bəyanatlarına bənzəyir - Oreqon ştatının senatoru
    "Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir"
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ