EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 10:28:06

İngiltərə Baş naziri Tereza Mey səsverməni "İngilis xalqının arzusunu dəstəkləyən tarixi qərar" kimi səciyyələndirib. Mey bu qərarın AB-dən ayrılma müzakirələrini davam etdirmək üçün yaşıl işıq yandırdığını deyib.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, İngiltərə Parlamentində Avropa Birliyi (AB) qanunvericiliyinin İngiltərənin daxili hüququna ötürülməsini təmin edəcək AB-dən Çıxış (Brexit - Breksit) Qanun Layihəsinin ilk səsverməsi keçirilib. Nümayəndələr Palatasında müzakirələrin ardınca keçirilən səsvermədə qanun layihəsi 326-ya qarşı 290 səslə qəbul edilib. Beləliklə, qanun layihəsinin komissiya danışıqları mərhələsinə daşınması qəbul edilmiş olub.

Lakin qanun layihəsi qanunların parlamentdə millət vəkillərinin təsdiqinə təqdim edilmədən birbaşa nazirlər tərəfindən dəyişdirilə biləcəyi səbəbilə tənqid edilir. Hakimiyyətdəki Mühafizəkar Partiyalı millət vəkillərinin hamısı qanun layihəsinin lehinə səs verib. Müxalifətdəki İşçi Partiyasının millət vəkillərinin bir qismi də lider Ceremi Korbinin etirazlarına baxmayaraq, qanun layihəsinə dəstək verib.

İngiltərə Baş naziri Tereza Mey səsverməni "İngilis xalqının arzusunu dəstəkləyən tarixi qərar" kimi səciyyələndirib. Mey bu qərarın AB-dən ayrılma müzakirələrini davam etdirmək üçün yaşıl işıq yandırdığını deyib.

Qanun layihəsinin məqsədi İngiltərə AB-dən Mart 2019-da rəsmi olaraq ayrılanda, AB hüququnun İngiltərə daxili hüququna uyğun şəkildə köçürülərək, Breksitdən sonra İngiltərə hüququnda boşluq yaranmamasını təmin etməkdir. Bunun həyata keçirilməsi Breksitdən sonra AB qanunlarının ingilis qanunları üzərindəki üstünlüyü ləğv edilmiş olacaq.


İngiltərədə Avropa Hüququnun üstünlüyünə son verən qanun səsverməyə çıxarılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ