İndoneziyanın Ali Dini Şurası COVID-19 peyvəndinin halal olub-olmaması və İslam şəriətinə uyğunluğu barədə qərar çıxaracaq.

İslamazeri.com “Aljazeera”ya istinadla xəbər verir ki, ölkədə kütləvi peyvəndlənmə kompaniyası yanvarın 13-dən başlanmalıdır.
Dünyanın ən çox müsəlman əhalisi olan ölkə Çin istehsalı olan 3 milyon doza vaksin alıb. İlk olaraq isə İndoneziya prezidenti Coko Vidodoya peyvənd vurulacağı planlaşdırılıb.
Qeyd edək ki, bəzi vaksinlərin istehsalında donuzlardan alınan jelatin istifadə olunur. Bu isə müsəlmanlar üçün birmənalı surətdə haramdır.
Bildirək ki, daha öncə, 2018-ci ildə qızılcaya qarşı peyvənd İslami tələblərə cavab vermədiyi üçün İndoneziyada qadağan edilmişdi.
İndoneziyanın Ali Dini Şurası: Vaksinlərin halallığı yoxlanacaq