1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.01.2021 15:57:14

İndoneziyada koronavirusa qarşı əhalinin kütləvi vaksinasiyasına start verilib. Ölkədə ilk peyvənd isə prezident Coko Vidodoya vurulub.

İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, prosedur milli televiziya kanalları vasitəsi ilə canlı yayımlanıb.

Prezident Administrasiyasının başçısı Heru Budi Hartono bildirib ki, yaxın günlərdə hökumət üzvlərinə də peyvənd vurulacaq.

İndoneziyada ilk rəsmi qeydə alınan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi peyvənd olub. Sınaqların ilkin nəticələri bu peyvəndin effektliyinin 65,3% olduğunu nümayiş etdirib.

Yaxın 2 ay ərzində bu peyvənd İndoneziyada1,5 milyon tibb işçisinə vurulmalıdır. Ümumilikdə isə əhalisi 270 milyon nəfər olan İndoneziyada 180 milyon nəfərin peyvəndlənməsi gözlənilir.

Xatırladaq ki, İndoneziyanın Üləmalar Şurası Çin istehsalı olan peyvəndi halal elan edib.


İndoneziyada ilk koronavirus peyvəndi prezidentə vuruldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ