Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.06.2022 15:00:44

Bir qrup inanclı qadın Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

İslamazeri.com "Turan" agentliyinə istinadən xəbər verir ki, iyunun 22-də bir qrup inanclı qadın Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar mayın 20-də saxlanılan bir qrup dindarın hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb ediblər.

Amma polis əməkdaşları birlikdə dövlət başçısının administrasiyasına getmək üçün metronun "İçəri şəhər" stansiyasının qarşısında toplaşan qadınların yolunu kəsib. 

Polis zabiti qadınlara Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən qəbul şöbəsinə nümayəndə göndərməyi tövsiyə edib. Bu zaman o, "Allahın təhqir edilməsi haqqında məlumatın saxta olduğunu" bildirib.

Bu, etirazçıları qane etməyib, onlar polisin Allahı təhqir etməməsi haqqında iddiasına qəzəbləniblər.

"Üç həftəyə yaxındır ki, qardaşlarımız həbsxanalarda aclıq edir, amma bu məsələyə heç bir reaksiya yoxdur. Biz artıq Prezident Administrasiyasının qəbul şöbəsində olmuşuq, bunun da heç bir nəticəsi olmayıb", deyə etirazçılardan biri bildirib.

Digər qadın deyib ki, "hakimiyyət dövlət və dinin vəhdətinə nail olmaq istəyirsə, günahsız olaraq həbs edilmiş bütün inanclı şəxsləri azad etməlidir".

"Oğlum 19 gündür həbsxanada aclıq edir. Onun temperaturu düşmür. Özünü çox pis hiss edir. Allahı təhqir edənləri cəzalandırsınlar və oğullarımız aclığı dayandırsın", deyə Allahı təhqir edənlərin cəzalandırılması tələbi ilə ilk olaraq aclığa başlayan "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin anası bildirib.

Polis aksiya iştirakçılarını sıxışdıraraq metronun "İçəri şəhər" stansiyasının içərisinə salıb. Oradan qadınlar Prezident Administrasiyasının Nərimanov rayonundakı qəbul şöbəsinə yollanıblar.

Xatırladaq ki, Taleh Bağırzadə iyunun 3-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsxanalarda onlarla məhbus və azadlıqda olan bir neçə şəxs aclıq aksiyasını dəstəkləyib.

DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır. 


İnanclı xanımlar aksiya keçirmək istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ