Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.06.2022 14:30:07

İmran Xan Vaşinqtonun hakimiyyətdən uzaqlaşdırılmasında əsas rol oynadığını bəyan edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan, onun hakimiyyətdən uzaqlaşdırılmasında Vaşinqton əsas rol oynadığını bildirib.

Vəzifəsindən uzaqlaşmayacağı təqdirdə, hökumətində meydana gələcək nəticələr ilə təhdid edildiyini vurğulayan İmran Xan deyib:

"Son 40 ildə bizim rəhbərliyimiz ABŞ-ın bizdən tələb etdiyi hər şeyə boyun əydi".

ABŞ-ı növbəti dəfə ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edən keçmiş Baş nazir, Vaşinqtondakı səfirinin aprel ayında, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Ludan diplomatik mesaj aldığını və Xanın Pakistanın baş naziri kimi hakimiyyətdə qalacağı təqdirdə, hökumətinin "mənfi nəticələrlə" üzləşəcəyi ilə bağlı təhdid edildiyini bildirib.

İmran Xanın açıqlamalarına görə, ABŞ rəsmisi Lu səfiri əmin edib ki, “İmran Xan vəzifədən uzaqlaşdırılarsa, hər şey bağışlanacaq”.

Xan həmçinin qeyd edib ki, onun Əfqanıstandakı müharibəni pisləməsi Vaşinqtonu onu hakimiyyətdən uzaqlaşdırmaq planını həyata keçirməyə vadar edən əsas amillərdən biridir. 

Qeyd edək ki, 2018-ci ildə hakimiyyətə gələn İmran Xan, keçən ay parlamentdə etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılana qədər, Pakistanın baş naziri vəzifəsini icra edib.


İmran Xan: "Hakimiyyətdən uzaqlaşmağım ilə bağlı ABŞ-dan təhdid mesajları alırdım"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ