Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:25.02.2021 17:16:39

Ümumiyyətlə Üləma Həzrət Əlini (ə) tanımağın mümkün olmadığını bildirirlər.

Bismillahir Rəhmanir Rəhim

Ümumiyyətlə Üləma Həzrət Əlini (ə) tanımağın mümkün olmadığını bildirirlər. Həzrət Əlini (ə) niyə tanıya bilmərik? Həzrət Əli (ə) fövqəlbəşər bir varlıqdırmı? Həzrət Əli (ə) tanınmayacaq bir məqamdadırsa o zaman bizim üçün bir şey ifadə edirmi? Tanımadığımız bir insanın imamətinə iman etmək necə olacaq? Ümmətə imam olduğuna görə və imamın da xalq arasında yaşaması və örnək olması lazım olmasını göz önünə gətirərək tanınmayan bir imamın müsəlmanların arasında olması, onlarla birlikdə yaşaması onlara imamlıq etməsi nə qədər məntiqlidir? “Həzrət Əlini tanımaq imkansızdır” deyərkən və bu isbat edilmədiyi durumda iddiadan ibarət deyilmi? Necə olur, İmam Əlini (ə) tanıya bilmərik; Həzrət Əlinin (ə) kim olduğunu; soyunu, ana-atasını bilməyən varmı? Həzrət Əlinin (ə) harada dünyaya gəldiyini, kimin qohumu olduğunu, kimin kürəkəni olduğunu, kimin həyat yoldaşı olduğunu, kimlərin atası olduğunu bilməyən varmı? İmam Əlinin (ə) necə inancı olduğunu və inancına görə fədakarlıq etdiyini və haqqında nazil olan ayələri bilməyən varmı? Həzrət Əlinin (ə) elminin dərinliyini, cəsarətini, igidliyini bilməyən varmı? Həzrət Əlinin (ə) zöhd, təqva, iman, ixlas, ədalət sahibi olduğunu, yardımsevər, yetimə nəvaziş edən, ac olanları doyduran, məzlumu müdafiə edən, zalimin qarşısında duran igid, qəhrəman, cəsur olduğunu bilməyən varmı?

Bütün bunlar bilindiyinə görə “Həzrət Əlini (ə) tanıya bilmərik” deyərkən nə qəsd edilir?

Bu sualların cavabı verilmədən digər suallar adamı çaşdırır; “Həzrət Əlinin (ə) zamanındakılar Onun qədrini bilmədilər; Ondan lazım olduğu kimi yararlanmadılar” - sözləri məşhurdur, əgər belədirsə, Həzrət Əlini (ə) tanımaq mümkün deyilsə onda öz zamanındakı müsəlmanları niyə qınayırıq və qədrini bilmədiklərini deyirik? O zamankı müsəlmanları üzrlü saymağımız lazım deyilmi, çünki imkansız birşeyi onlardan istəmək qəbulediləndirmi?

Biz olsaydıq necə yararlanardıq? Nəyi soruşardıq? Nəyi bilmək istəyərdik? Bilmədiyimiz hansı mövzunu açıqlamanı istəyərdik? Həzrət Əlinin (ə) cavablamadığı hansı mövzu haqqında ona müraciət edərdik? Açıqlamadığı hansı mövzunu bəyan etməsini istəyərdik? Həzrət Əlinin açıqlamadığı mövzu varmı? Biz niyə tanıya bilmirik? Həzrət Əlini (ə) tanımaq imkansız olduğunu üçün tanıya bilmirik, yoxsa başqa səbəbləri var?

Keçmişdəkilər tanıya bilmədilər, cəfa etdilər, tək qoydularsa biz niyə tanıya bilmirik?

Əgər tanımasaq bizdə cəfa etmiş olarıq? Əgər sualın verilmə şəklini dəyişib bu cür soruşsaq; Yoxsa Həzrət Əlini (ə) tanımaq bizə sərf etmir? Həzrət Əli (ə) kimi bir imama, Onun istədiyi kimi beyət etmək sərf etmir, buna görəmi “Həzrət Əlini (ə) tanıya bilmərik” deyirik? Bir imam olaraq, vilayətinə iman etmək üçün tanımağımız lazım miqdarı tanıdıqdan sonra çoxunu tanımaq bizim üçün bir vəzifədirmi?

Yoxsa imam, vəli, öndər, lider olaraq da tanıya bilmərik? İmam Əlini (ə) tanımaq üçün səy göstərmək yerinə “Onu tanıya bilmərik” demək vəzifə və məsuliyyətdən qaçmaq deyilmi?

Həzrət Əlini (ə) tanımaq üçün onun kimi düşünmək lazımdır. Onun kimi inanmağı vacib edəcək, Onun kimi ibadət etməyi, Onun kimi yaşamağı tələb edəcəkdir. Buna görə, Həzrət Əlini (ə) tanımaq bizə sərf etməyə bilərmi? Hərhalda tanımaqdan məqsəd nədir? Bizim anladığımız mənadan başqa bir məna qəsd edilirmi?  Düşünürəm ki, bütün sualların cavabı “tanıma”anlayışındadır. Rəsulullahın (s.ə) buyurduğu: “Ya Əli, səni Allah və məndən başqa kimsə haqqı ilə tanıya bilməz...” hədisindəki “tanımaqdan” məqsəd nədir? Ariflərin, mütəfəkkirlərin buyurduğu “Həzrət Əlini (ə) heç kəs tam olaraq tanıya bilməz, bizim kimilərin Həzrət Əlini (ə) tanıtmağa gücü çatmaz” deyərkən “tanımaq və tanıtmaqdan” məqsədləri nədir?

Tanımağımız lazım olan miqdar nə qədərdir? Həyatımıza təsir edəcək miqdarını tanıma imkanı varmı? Lazım olan miqdardan çoxunu tanıma mükəlləfiyyəti varmı?

Bəli! Həzrət Əlini (ə) tanımaq, içində dünyaya gəldiyi Kəbəni tanımaq kimidir.

Kəbədə olanın Kəbəyə yönəlmək üçün bir şeyə ehtiyacı yoxdur. Kəbədən uzaqlaşdıqca insanın bir kompasa ehtiyacı var. Məkkə şəhərində Kəbənin harda olduğunu bilmək üçün Kəbəni tanıyan, bilən birindən soruşmaq lazımdır. Hicaz xaricində olan birinin isə kompasa, qiblənaməyə ehtiyacı olması vacibdir. Həzrət Əlini (ə) tanımaq üçün onunla birlikdə olmaq, onun sözlərini, əməllərini, yaşam tərzini görmək kifayətdir. Əsrlər sonra İmam Əlini (ə) tanıdacaq kompaslar qüsursuz olmalıdır. Quran, Rəsulallah (ə) və məsum hidayət öndərlərindən daha yaxşı kim ola bilər? Həzrət Əlini (ə) Quranın dilindən tanımağa cəhd etdikmi?Həzrət Əlini (ə) Rəsulallahın (s.ə) hədislərilə tanımağa çalışdıqmı? Həzrət Əlini (ə) öz dilindən tanımağa cəhd etdikmi? Daha doğrusu Həzrət Əlini (ə) tanımaq üçün çalışdıqmı?

Rasthaber Azərbaycan


İmam Əlini (ə) tanımaq mümkündürmü?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ