EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:25.01.2019 16:27:30

Vladiqafqazdakı Muxtarov məscidi bərpa olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidinin açılışında iştirak edəcək.

Bildirilib ki, məscid 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilib. Qafqaz Xalqları Ali Dini Şurası üzvləri Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binasının bərpası ilə bağlı İlham Əliyevə müraciət ediblər. Dövlət başçısının xüsusi diqqəti sayəsində bərpa olunub.

Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A. Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.


İlham Əliyevin şəxsi yardımı ilə Rusiyada məscid bərpa olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ