Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.05.2022 09:28:50

"Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək".

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

“Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində işlərin gələcək prosesi, (Ermənistan-Azərbaycan - red.) sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması barədə razılıq əldə olunub. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələləri həll edəcək”, - deyə o, qeyd edib.


İlham Əliyev Paşinyanla sərhədlərin delimitasiyası məsələsini müzakirə edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ