EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.03.2019 17:51:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

İslamazeri.com xəbər verir ki, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirib. O bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini deyib. Əbdüləziz Osman əl-Tuveycri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib. Dövlət başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini deyib. İSESKO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ