1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.11.2020 19:26:18

Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib

Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir“.

İslamazeri.com xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı deyib.

Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz“, – dövlət başçısı bildirib.


İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu müsəlman ölkəsi Şuşada konsulluq açacaq
    Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq."
     1.05.2021
    Qədr gecəsi və İmam Əlinin (ə) şəhadəti haqqında - VİDEO
    Shafaqna Azərbaycanca-nın bu video layihəsində Qədr gecəsi, həmçinin İmam Əlinin (ə) şəhadətilə bağlı mövzulara toxunulub. Video layihədə Marneulinin İmam Əli (ə) məscidinin axundu, İmam cümə Hacı Hacıyevdən də münasibət alınıb.
     1.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ