EURO 1,9343 NEFT 72,17
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:11.06.2018 09:56:48

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından İslamazeri.com-a verilən məlumata görə, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edib, idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.

Sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.


İki güləşçimiz Avropa çempionu oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncə hadisələrilə bağlı daha iki nəfər həbs olundu
    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb.
     17.08.2018
    Avstraliya tarixində bir ilk: Müsəlman xanım senator oldu - FOTO
    Mehrin Faruki Avstraliya senatına seçilən ilk müsəlman xanım oldu.
     17.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ