Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2022 13:58:36

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların,dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib.

Bu barədə "İslamazeri.com"a Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların,dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.


İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ