Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.11.2021 21:00:29

Xəbər verildiyi kimi İran prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran prezidenti görüşlə bağlı jurnalistlərə açıqlama verib.

İbrahim Rəisi azərbaycanlı həmkarı ilə ikitərəfli görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İranın Azərbaycan Respublikası ilə əlaqələri mədəni-sivilizasiya əlaqələridir və bu əlaqələr keçmişə gedib çıxır və zərrə qədər də pozulmamalıdır.

 “Bu gün Azərbaycan prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə üçün maraq doğuran məqamlar qaldırıldı”, -deyən İran prezidenti İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz sazişinin imzalandığını da önə çəkib.

"İki-üç ölkə arasında əlaqələrin inkişafı üçün daha çox addımlar atılmalıdır. İran ilə Azərbaycanın iradəsi iqtisadi, ticarət və tranzit əlaqələri üçün daha çox addımların atılmasına köklənib və ümid edirik ki, bu əlaqələr inkişaf edəcəkdir.", -deyə İbrahim Rəisi qeyd edib.


İbrahim Rəisi: İran, Azərbaycan və Türkmənistan arasında qaz sazişi imzalandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022
    Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ