EURO 1,919 NEFT 67,38
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:05.03.2018 20:12:16

İlk Beynəlxalq Ərbəin Festivalının katibliyinə İranla yanaşı Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Şimali Qafqazdan, Almaniya və digər ölkələrdən əsərlər ğöndərilib

İranın Şərqi Azərbaycan Vilayətinin Təbriz şəhərində keçirilən I Beynəlxalq Ərbəin Festivalı işini başa vurub. İran İslam Respublikası Təbriz tele-radiosunun Azərbaycan şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq müsabiqə 2017-ci ilin (1439-cu h.q. ili) Məhərrəm ayından başlamış, festivalının bağlanış mərasimi isə 01 mart 2018-ci il tarixində Təbrizin Qüds kinoteatrında keçirilmişdir. 10-dək ölkədən 300-dən artıq əsərin təqdim edildiyi festivalın bağlanış mərasimi festival qaliblərinin açıqlanması ilə yekunlaşıb.

Tədbirdə Vəliyi-Fəqih Seyyid Əli Xameyinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbrizin imamcüməsi Dr.Ali Haşim, İran parlamentinin Təbriz, Üsgü və Azərşəhr nümayəndəsi Dr.Fərhəngi, İRİB Mərkəzi Asiya və Qafqaz idarəsinin rəhbəri Səid Təhami, Təbriz tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi və digər vilayət rəsmiləri, həmçinin Azərbaycan Respublikasından və Türkiyədən festival qalibləri iştirak edib. Mərasimdə festivalin katibi və İRİB sərhədlərarası verilişlər redaksiyası Təbriz radiosunun azəri bölümünün müdiri Mehdi Nəlbəndi festivalın keçirilməsi və məqsədləri barədə çıxış edib. O, festivalın belə geniş qarşılanacağını və müxtəlif ölkələrdən dinləyicilərin burada geniş iştirak səviyyəsinin gözlənilməz olduğunu vurğulayaraq festivalın şeir, radio-padcast və dini nəğmələrdən ibarət üç bölümdə keçirildiyini, ilkin seçimdə təqribən 50 əsər 9 yerli və 3 əcnəbi jüri heyətini vasitəsi ilə dəyərləndirilib və bunlardan 11-nin mükafatlara layiq görüldüyünü bildirib.

Mərsimin davamında Təbrizin tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi çıxış edib, festivalın keçirilməsində əməyi olanlara təşəkkür edərək Ərbəin festivalının gələn il də keçiriləcəyini açıqlayıb.

Daha sonra kürsüyə Vəliyi-Fəqih, Ali Liderin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbrizin imamcüməsi doktor Ali Haşim çıxıb. Dr. Ali Haşim çıxışında İRİB-i İslam quruluşunun aynası olduğunu bildirib, quruluşun nailiyyətlərində bu təşkilatın, özəlliklə də Təbriz Radiosunun mühüm və aparıcı rolu olduğunu vurğulayıb.

İlk Beynəlxalq Ərbəin Festivalının katibliyinə İranla yanaşı Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Şimali Qafqazdan, Almaniya və digər ölkələrdən əsərlər ğöndərilib.

Birinci Beynəlxalq Ərbəin Festivalının bağlanış mərasiminin sonunda 3 nominasiya üzrə qaliblərin adları açıqlanıb:

 

Şeir bölümündə

Birinci yer: Zəhra Kıran (Türkiyə)

İkinci yer: Mehrəli Asim (Azərbaycan)

Üçüncü yer: Cəfər Purrəzəvi (İran)

Dördüncü yer: Arzu Çətinkaya (Almaniya)

 

Radio-Padcast bölümündə

Birinci yer: Gülbala Fənayi (Azərbaycan)

İkinci yer: Mustafa Doğan(Türkiyə)

Üçüncü yer: Kazım Qasimi (İran)

Dördüncü yer: Mehdi Simsari (İran)

 

Dini Nəğmələr bölümündə

Birinci yer: Hacı Yaşar Cahid (Azərbaycan)

İkinci yer: Vilayət İlahi Nəğmələr Qrupu (Azərbaycan)

Üçüncü yer: Əli Kaçan(Türkiyə)

 

Festivalın elmi katibi Mehdi Nəlbəndi redaksiyamıza açıqlamasında bildirib: “Radiomuzun təşəbbüsü və təşkilatçılğı ilə başlayan ilk Ərbəin festivalının işinə ötən ilin dekabr ayından başladıq. 3 nominasiya üzrə hər birində 4 mövzü əsas götürülərək əsərlərin qəbuluna başladıq; Ərbəin hadisəsi, Ərbəin ziyarəti, Ərbəin yürüşü və Kərbəla hadisəsi. Müxtəlif ölkələrdən 300 artıq əsər öncə 5 nəfərlik ilkin münsiflər heyətində dəyərləndirildikdən sonra 47 əsər növbəti mərhləyə keçdi. Daha sonra 3 bölüm üzrə 12 nəfərlik münsiflər heyəti bu mərhələdə işinə başladı. Şeir bölümündə 3 jüri üzvü İrandan, 1 nəfər Azərbaycandan (prof. Tərlan Quliyev), radio-qiraətdə 3 münsif İrandan, biri Türkiyədən, ilahi nəğmələr bölümündə 3 münsif İrandan, bir münsif isə Azərbaycandan (Hacı Elşən Xəzər) oldu. Jüri heyətinin qiymətləndirmələri başa çatdıqdan sonra Təbriz radio-televiziya şirkəti bağlanış mərasiminin gününü elan etdi. Allaha çox şükür, qaliblərimiz bəlli oldu, 2 əlavə mükafat da olmaqla 11 nəfəri mükafatlandıran fesvial işini başa vurdu. 02 Mart 2018-ci ildən də II Beynəlxalq Ərbəin Festivalının işinə start verildi. Festivalın qapanış mərasiminə qatılan Azərbaycan, Türkiyə və İrandan olan qonaqlarımıza təşəkkür edirik. Həmçinin hər kim bu mübarək işdə bizlərə dəstək olub, kömək edib, hər binə minnətdarıq. Son istəyim budur ki, Həzrət Zəhra (sə) bu festivalı bizdən qəbul eyləsin!”

“Son 10 ildə hər il milyonların Ərbəin yürüşlərinə şahid olmaqdayıq. Artıq bu eşq yürüşünə bir mədəni karvan da qoşulmaqdadır. İlk dəfə gerçəkləşən bu Ərbəin festivalı tarixin bu məzlum və parlaq səhifəsinin yalnız səhifələrdə və məclislərdə anılacağından deyil, artıq Kərbəla həqiqətlərinin bu  kim festivallara da daşınacağının xəbərçisidir. Təqdirə layiqdir ki, Azərbaycan da bu mədəni-mənəvi tədbirdə yaxından iştirak etdi və layiqincə təmsil olundu. Arzu edirik ki, festivalın qarşıdakı mərhələri digər ölkələrdə də keçirilsin. Həmçinin nominasiyalar arasına foto, qısa metrajlı və sənədli film bölümləri də əlavə olunması arzu olunandır.

Festival katibliyinin bu müddət ərzində səy və təlaşlarının mərasim zamanı da şahidi olduq. Günlərlə çalışmalarına rəğmən hər bir qonaqla ilgilənmələri, mərasimin kiçik nöqsanlar xaric uğurla başa çatması təşkilatçıların gecə-gündüz çalışmalarının bəhrəsi idi. Tədbirin sonunda festivalın rəsmi dərgisi “Körpü”nün də dərc olunaraq qonaqlara çatdırılması təşkilatçıların məsələyə nə qədər həssas yanaşmalarını göstərir. Qalibləri, həmçinin festivalın bütün iştirakçılarını və təşkilatçılarını bu dəyərli hadisənin uğurla baş tutması münasibətilə təbrik edir, bütün əzizləri növbəti Ərbəin festivalında yaxından iştirak etməyə çağırıram”, - Vilayət İlahi Nəğmələr Qrupunu mərasimdə təmsil edən qrupun prödüsseri Mehdi Fərəc açıqlamasında bildirib.


I Beynəlxalq Ərbəin Festivalında Azərbaycan təmsilçiləri aparıcı yerlər tutub- FOTO-REPORTAJ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 14.11.18-nin 5 önəmli xəbəri - VİDEO
     14.11.2018
    Putinin xələfi bu şəxs ola bilər
    "Putinin özünün öz xələfini seçmə ehtimalı var."
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ